Qazlı içkilərin AĞIR FƏSADLARI

14:45 / 06.09.2025 Oxunub: 52

Şəkərli və qazlı içkilər saç tökülməsinə səbəb ola bilər.

KANAL 20 TV  Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə portuqaliyalı elm adamları araşdırma aparıb. 

Qidalanma və sağlamlıq jurnalında dərc edilən və 17 fərqli araşdırmaya istinad edilən tədqiqat saç sağlamlığı və qidalanmanın əhəmiyyətini bir daha üzə çıxarıb.

Xüsusilə kişilərdə rast gəlinən saç tökülməsi onların qorxulu yuxusuna çevrilib. Araşdırmalara görə, kişilərin təxminən dörddə biri 20 yaşlarında keçəlləşmə əlamətləri ilə mübarizə aparır. Bu nisbət 50 yaşa qədər 85%-ə yüksələ bilər.

Portuqaliyalı alimlərin yeni araşdırması nəticəsində məlum olub ki, xüsusilə enerji içkiləri və şəkərli qazlı içkilər saçın sıxlığına, qalınlığına və parlaqlığına mənfi təsir göstərir.

Tədqiqatçılar qeyd ediblər ki, həftədə 3,5 litrdən çox (təxminən 11 qutu) bu içkilərdən istifadə kişilərdə saç tökülməsi artır.

Qazlı içkilər birbaşa saç tökülməsinə səbəb olmasa da, yüksək kofein və şəkər səviyyələri stress hormonu kortizol səviyyəsini artıraraq qan dövranı pozğunluqlarına səbəb ola bilər. Bu, saç follikullarını zəiflədə bilər.



Digər xəbərlər

Xəbər lenti

06 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ