İlahiyyatçı: Ehsan dedikdə aş, halva, yemək yada düşür, bu, yanlışdır

Ehsan dedikdə aş, halva, yemək yada düşür, halbuki bu yanlışdır.
"Report" xəbər verir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması ilə bağlı keçirilən ictimai diskussiyada deyib.
O bildirib ki, əslində, ehsan yaxşılıq deməkdir.
"İnsanın yaxını vəfat edir, meyit qalır bir qıraqda, gedib yemək tədarükü görürlər, kəsmək üçün dana axtarırlar", - o əlavə edib.
İlahiyyatçının sözlərinə görə, bu mənada, cəmiyyətdə belə mövzulara ictimai qınaq mütləqdir.
"Şadlıq sarayları və mərasim evlərinin sahibləri elə qiymətdə menyular təklif edir ki, alternativi olmur. Hazırda mərasim evlərindəki qiymətlərlə şadlıq saraylarında qiymətlər, az qala, eynidir. Belə şey olmazı axı. Bu mənəvi dəyərlərə ziddir, onun əleyhinədir".



Digər xəbərlər

Rusiya bizə qarşı hibrid müharibə aparır - Deputat

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub
jpg-1757147649.jpg)
Təzə Pir məscidində ehsan qiymətləri digər yerlərdən bahadır

Bakı və bölgələrdə XÜSUSİ ƏMƏLİYYAT - 20-dən artıq şəxs saxlanıldı

Bir qrup turistdən şəhidlərimizə hörmətsizlik- Xiyabanda rəqs etdilər
