Premyer Liqa: Lider "Sabah" "İmişli"ni böyük hesabla üstələyib
 

17:33 / 14.03.2026 Oxunub: 857


Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, günün ilk matçında "Sabah" "İmişli"nin qonağı olub.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.

"Bayquşlar"ın qollarını 10-cu dəqiqədə Stiv Solvet, 15-ci (p) və 35-ci dəqiqədə Coy-Lens Mikels, 49-cu dəqiqədə Kahim Parris, 73-cü dəqiqədə Aleksey İsayev (p) vurub.

Çempionatın lideri olan "Sabah" xallarının sayını 59-a çatdırıb. "İmişli" 22 xalla 9-cu sıradadır.

Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə