Prestianni Vini Jr qalmaqalına münasibət bildirdi

17:55 / 18.02.2026 Oxunub: 1559

Kanal 20 TV xəbər verir ki, futbolçu Canluka Prestianni Vinisius Juniorla bağlı baş verən insidentdən sonra açıqlama yayıb.

Prestianni bildirib ki, heç bir halda braziliyalı ulduza qarşı irqi təhqir işlətməyib:

“Aydınlaşdırmaq istəyirəm ki, mən heç vaxt Vini Jr-a qarşı irqi ifadələr işlətməmişəm. Təəssüf ki, o, eşitdiyini düşündüyü sözləri yanlış anlayıb,” – deyə futbolçu qeyd edib.

O əlavə edib ki, heç vaxt heç kimə qarşı irqçi münasibət sərgiləməyib və yaşananlardan təəssüflənir:

“Mən heç vaxt heç kimə qarşı irqçi olmamışam və Real Madrid oyunçularından aldığım təhdidlərə görə çox üzgünəm,” – deyə Prestianni vurğulayıb.

Qeyd edək ki, Vinisius Juniorun iştirakı ilə bağlı yaşanan son olay futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.



Digər xəbərlər

Xəbər lenti

15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə