“Qarabağ” Bakıda “Nyukasl”la tarixi qarşılaşmaya çıxır
Kanal 20 TV xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ” doğma meydanda İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında görüşün əhəmiyyətindən danışıb. O bildirib ki, bu qarşılaşma Azərbaycan futbolu üçün xüsusi məna daşıyır:
“Bu, ölkə futbol tarixində bir ilkdir. ‘Nyukasl’ kimi köklü bir kluba qarşı oynamaq bizim üçün çox vacibdir. Futbolçularım məsuliyyətlə hazırlaşır, həyəcanlıdırlar və matçı səbirsizliklə gözləyirlər”.
Baş məşqçi rəqibin oyun üslubunun fərqli olduğunu vurğulayıb və azarkeşlər önündə cəsarətli futbol sərgiləməyə çalışacaqlarını qeyd edib:
“Rəqibi izləmişik. Fiziki cəhətdən güclü və sürətli futbol oynayırlar. Biz də ağıllı və cəsarətli oyun nümayiş etdirmək istəyirik”.
Qurbanov hazırlıq üçün vaxtın az olmasına baxmayaraq, komandanın matça maksimum hazır çıxacağını bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu 18 fevral, saat 21:45-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər
Avropa çempionu Nicat Hüseynovdan tarixi qələbə - FOTOLAR
Dünya Badminton Federasiyasının "Shuttle Time" proqramı Lənkəranda
“Roma”ya qalib gələn “İnter” uğursuz seriyaya son qoyub
NBA: Türkiyəli basketbolçunun komandasından çətin qələbə
"Bavariya"nın müdafiəçisi Kim Min Ce karyerasını İtaliyada davam etdirə bilər