“Qarabağ” Çempionlar Liqasında İngiltərə klubuna qarşı tarixi oyuna çıxır

09:49 / 18.02.2026 Oxunub: 1412

Kanal 20 TV saytı xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində tarix yazmaq üçün meydana çıxır. Komanda ilk dəfə iştirak etdiyi bu mərhələdə İngiltərənin “Nyukasl” klubunu qəbul edəcək.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq. Matçı Norveçli FIFA referisi Espen Eskos idarə edəcək.

Qeyd edək ki, cütün cavab oyunu fevralın 25-də keçiriləcək. Bu pley-off mərhələsinin qalibi isə 1/8 finalda İngiltərənin “Çelsi” və ya İspaniyanın “Barselona” klubu ilə üz-üzə gələcək.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə