Ərdoğanın müraciətini yayımlayan jurnalist: Mənim vəzifəm prezidentin görüntüsünü də Türkiyəyə və dünyaya izlətdirmək idi
 

14:53 / 16.07.2025 Oxunub: 53


Ərdoğanın müraciətini yayımlayan jurnalist: Mənim vəzifəm prezidentin görüntüsünü də Türkiyəyə və dünyaya izlətdirmək idi
Hande Fırat
15 iyul Türkiyədə dövlət çevirilişinə cəhd edən terror təşkilatı rəsmi açıqlamanın televiziya kanallarına çatmasını da əngəlləmişdi.

“Report” xəbər verir ki, bunu 15 iyulda Ərdoğanın xalqa müraciətini yayımlayan jurnalist Hande Fırat mətbuat nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, həmin vaxt sosial mediada minlərlə yalan - “prezident qaçdı, öldü kimi” xəbərlər yayılırdı:

“Amma mən telefonda onun səsini eşidirdim, yaşadığını bilirdim. Həmin vaxt prezident “mənə bağlanın” dedi. Bir terror təşkilatı dezinformasiya ilə Rəcəb Tayyib Ərdoğanın öldüyünü və qaçdığını iddia edirsə, mənim vəzifəm prezidentin görüntüsünü də Türkiyəyə və dünyaya izlətdirmək idi. Elə də oldu. Yayımın ikinci dəqiqəsindən bütün Türkiyə kanallarının bizdən canlı bağlantıya keçdiyini öyrəndim”.



Digər xəbərlər

Xəbər lenti

16 Iyul 2025
15 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ