Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb

Gürcüstanın Şida Kartli bölgəsinin Qori Bələdiyyəsinə bağlı Xeltubani kəndində hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində üç polis əməkdaşı soyuq silahdan aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən texniki baxış üçün bir avtomobili saxlayıblar. Məlum olub ki, nəqliyyat vasitəsini 2009-cu il təvəllüdlü azyaşlı S.S. sürürmüş və onun sürücülük vəsiqəsi olmayıb.
Polisin qanuni müdaxiləsinə qarşılıq olaraq S.S. və bir neçə şəxs hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimət göstərərək fiziki güc tətbiq edib. Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan bəziləri soyuq silahla yaralanıb. Hazırda yaralı polis əməkdaşlarına xəstəxanada tibbi yardım göstərilir.
Hadisəyə görə 1979-cu il təvəllüdlü G.S., 1989-cu il təvəllüdlü S.S. və 1961-ci il təvəllüdlü V.S. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin ikinci bəndi (polis əməkdaşına qarşı zor tətbiq etmə) üzrə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyindən qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hər hansı hücum qanun çərçivəsində sərt şəkildə cavablandırılacaq.



Digər xəbərlər

Ərdoğanın müraciətini yayımlayan jurnalist: Mənim vəzifəm prezidentin görüntüsünü də Türkiyəyə və dünyaya izlətdirmək idi

İsrail Müdafiə Qüvvələri Dəməşqdə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahına zərbə endirib - YENİLƏNİB-2

Avstraliyada ölkə tarixinin ən böyük hərbi təlimləri başlanıb

İsveçdə yeni tədqiqat ali təhsilli uşaqsız qadınlar mifini təkzib edib

Media: Avropa İttifaqı 160 yük avtomobili ilə Qəzzaya yardım çatdıracaq

Media: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
