“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasını davam etdirir.
08.07.2025-ci il tarixində Layihə heyətinin onlayn iclası keçirilib. İclas Layihə çərivəsində cari ilin 16-25 iyul tarixlərində Bakı şəhəri Yasamal rayonu tarixi Zərgərpalan hamamında keçirilməsi nəzərdə tutulan təlim kurslarına həsr olunub. İclas zamanı kursun proqramı, təlim mövzuları, ekspertlər tərəfindən hazırlanmış təlim materialları, nəşr olunacaq dərs vəsaiti, təlimin davamlılığını təmin etmək üçün MOOCların (Kütləvi Açıq Onlayn Kurslar) təşkili və digər məsələlər müzakirə olunub. Eyni zamanda layihədə iştirak edəcək ekspertlərlə birgə təlimin praktiki cəhətdən səmərəli təşkili yolları haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraq qrupları cəlb olunacaq, mədəni irs sahəsində savadlılıq təşviq ediləcəkdir. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar və praktiki təlimlər təşkil olunacaq, həmçinin müvafiq təhsil müəssisələrinin şagird, tələbə və müəllim heyəti üçün seminarlar keçiriləcəkdir. Bu vaxta qədər artıq 4 təhsil müəssisəsində müxtəlif mövzular üzrə bu cür seminarlar təşkil olunmuşdur.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.



Digər xəbərlər

Bu gün Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 99 il ötür

Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Adil Kərimli: Bu gün ölkəmizdə tarixi abidələrin pasportlaşdırılması prosesi həyata keçirilir

Mahmud Kaşqari adına Beynəlxalq Fondun yeni nəşrləri ictimaiyyətə təqdim olunub

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son durumu açıqlanıb

Gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin Avropa səhnəsində növbəti möhtəşəm uğuru
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
