Ağdamda gənclər üçün məşğulluq və karyera mövzusunda maarifləndirici seminar keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyiilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı“İctimai Birliyi tərəfindən icra olunan“Qarabağ və Şərqi Zəngəzurda gənclərin məşğulluğuna dəsək“ layihəsi çərçivəsində növbəti maarifləndirici seminar Ağdam rayonunda keçirildi.
25 nəfər rayon gəncinin, eləcə də Ağdam rayon icra hakimiyyəti, rayon gənclər və idman sektoru və digər aidiyyətli yerli qurum təmsilçilərinin iştirakı ilə təşkil olunan seminarı layihənin rəhbəri, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova açıq elan etdi və layihə və tədbir haqqında geniş məlumat verdi. Sonra qonaqlar çıxış edərək, layihənin və maarifləndirici tədbirlərin bütövlükdə region üçün xüsusi əhəmiyyətini qeyd edərək, Ağdam gənclərinin karyera və məşğulluq sahəsində bilik, bacarıq və təcrübələrinin artırılması və regionda gənclərin məşğulluq və karyera inkişafı sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün bu seminarın stimul yaradacagını bildirdilər.
Sonra layihənin ekspert-təlimçisi, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli geniş və əhatəli slayd təqdimatlarla mövzu üzrə gənclərə karyera və məşğulluğa dair ətraflı bilgi və informasiyalar çatdırdı. İnteraktiv keçən seminarda gəncləri maraqlandıran sualları cavablandıran A.Əsgərli region gənclərinə iş axtarışı və karyera inkişafı üzrə də geniş məsləhətlər verdi. İştirakçılara məşğulluq və karyeraya dair əyani vəsait olaraq ekspert tərəfindən hazrlanan kitabça paylanıldı və onların rəy və fikirlərini öyrənmək və seminarın qiymətləndirilməsi üçün sorğu keşirildi.



Digər xəbərlər

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb

Gürcüstan DTX: Batumidə radioaktiv uranın satışına görə iki nəfər saxlanılıb

Bəzi rayonlara leysan yağıb, güclü külək əsib

Rus bölməsi üzrə I sinfə sərbəst qaydada məktəb seçiminə başlanılıb

AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncam verib

DİM sədri: Bu il ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
