Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Azərbaycan boksçusu Əminə Tağı (50 kq) Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının finalında ermənistanlı Amest Afrikyanı məğlub edərək qızıl medala yiyələnib.
"Report" xəbər verir ki, o, rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Azərbaycan himni səsləndirilib.
Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.
Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.
Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.



Digər xəbərlər

Argentinalı futbolçu Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib

“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib

“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır

Lionel Messi MLS-də rekorda imza atıb

FIFA klublararası dünya çempionatında azarkeşlərə pulsuz biletlər paylayıb

“Liverpul”un futbolçusu avtomobil qəzasında həlak olub
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
