Sumqayıt və ətraf ərazilərdə iki günlük su kəsintisi olacaq

17:11 / 20.02.2026 Oxunub: 2339

Kanal 20 TV xəbər verir ki, magistral su kəmərinin qəzalı hissəsinin yenilənməsi ilə əlaqədar olaraq bəzi ərazilərdə suyun verilməsi müvəqqəti dayandırılacaq.

Məlumatı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yayıb. Qurumdan bildirilib ki, aparılacaq təmir-bərpa işləri çərçivəsində fevralın 22-si saat 22:00-dan etibarən fevralın 24-ü gecə saatlarınadək Sumqayıt şəhərinin, eləcə də Abşeron rayonu və Qaradağ rayonunun bir hissəsində su təchizatında fasilə yaranacaq.

Qeyd olunub ki, yaranacaq məhdudiyyət müddətində əhali suya olan tələbatını ödəmək üçün su maşınları vasitəsilə təmin ediləcək.



Digər xəbərlər

Xəbər lenti

10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə