Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edir – İmsak və iftar vaxtları açıqlanıb

13:17 / 08.02.2026 Oxunub: 2208

Fevralın 19-da Ramazan ayının ilk günü başlayır. Bu münasibətlə ilk gün üçün imsak və iftar vaxtları müəyyən edilib.

Kanal 20 TV xəbər verir ki, Ramazanın birinci günü üçün imsak vaxtı 06:04, iftar vaxtı isə 18:34 olaraq təyin olunub.

Birinci günün imsak duası

Ramazan ayının ilk günündə sübh vaxtı oxunan imsak duası belədir:

“Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin...”

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan qərar ver, məni qafillərin yuxusundan uzaq et və günahlarımı bağışla.

İftar duası

İftar zamanı oxunan dua isə belədir:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu...”

Tərcüməsi:

İlahi, Sənin üçün oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey sonsuz bağışlama sahibi, günahlarımı bağışla.

Ramazan ayının müsəlman dünyasına xeyir-bərəkət gətirməsi diləyi ilə.



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə