Sabirabadda 16 yaşlı qızı ərə vermək istədilər

09:00 / 15.05.2025 Oxunub: 38

Sabirabad rayonunun Yenikənd kəndində 16 yaşlı qızın 33 yaşlı xalası oğluna ərə verilməsi planlaşdırılıb. Lakin toy mərasiminin qarşısı alınıb.

KANAL 20 TV  xəbər verir ki, bu barədə Xəzər TV-nin "Təsir dairəsi" verilişində məlumat verilib.

Verilişin aparıcısının sözlərinə görə, məsələ ilə bağlı ötən gecə məlumat alınıb və dərhal tədbir görülüb:

"Gecə aldığım məlumata əsasən, bu gün Yenikənd kəndində baş tutmalı olan toy mərasimi dayandırılıb. Toyda əyləşən qızın hələ 17 yaşı tamam olmayıb. Mən bildirmişdim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy bu gün olmayacaq. Məndə olan məlumata görə, 16 yaşlı qızı 33 yaşlı xalası oğluna məcburi ərə vermək istəyiblər".

Aparıcının sözlərinə görə, qohum evlilikləri iyunun 1-dən qanunla qadağan ediləcəyi üçün toy tələsik təşkil olunub. Hətta mərasim üçün 20 min manatlıq xərcin çəkildiyi də bildirilir. Lakin tədbir dayandırılıb və toy baş tutmayıb.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ