Yeni ixtisas yaradıldı

21:30 / 14.05.2025 Oxunub: 32

"2025-2026-cı tədris ili üçün ölkəmizdə ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində data analitikası ixtisasının açılması planlaşdırılır".

KANAL 20 TV  Baku TV-yə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məlumat verib.

"Data analitikası müasir dövrün ən populyar və əmək bazarında ən tələb olunan ixtisaslarından biridir. Bu ixtisasın açılması ilə bağlı Bakı Ali Neft Məktəbi bir neçə ildir hazırlıq aparırdı. Partnyor universitetimizlə birlikdə artıq bu sahədə tədrisə başlamağa tam hazırıq", - deyə rektor bildirib.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ