Stokholmda Kral sarayı ziyarətçi girişi məhdudlaşdırılmadan bərpa edilir
Stokholmdakı Kral sarayının 2050-ci ilə qədər aparılması planlaşdırılan genişmiqyaslı bərpa işləri davam edir.
AZƏRTAC xəbər verir ki, bu layihə İsveçrədən xüsusi sifarişlə Danimarka vasitəsilə çatdırılan əl ilə yonma daşdan istifadə etməklə binanın fasadlarının dəyişdirilməsi və bərpasını nəzərdə tutur. İşin ümumi dəyəri milyardlarla İsveç kronu məbləğində qiymətləndirilir.
XVIII əsrdə tikilmiş sarayın fasadları köhnəlmiş Qotland qumdaşı səbəbindən dağılır.
Layihənin meneceri Maqnus Ros izah edir: “Çoxlu dekorativ elementlərin hazırlandığı Qotland qumdaşının istifadə müddəti var və həmin vaxt artıq başa çatıb. İllər ötdükcə və köhnəldikcə, bu daş parçalanmağa başlayır və nəhayət, sadəcə, qopub düşə bilər”.
Turistlərin təhlükəsizliyini təmin etmək üçün divarlar və balyustratlar müvəqqəti olaraq torlarla örtülür. Bunu ona görə edirlər ki, Silah palatasına gedən xəbərsiz ziyarətçinin başına aslan maskaronu və ya pilaster damcısının bir hissəsi düşməsin.
Sarayın sözün əsl mənasında dağılmasına baxmayaraq, tikinti materialının dəyişdirilməsindən söhbət gedə bilməz. Memarların vəzifəsi modernləşmə deyil, tarixi görkəmi diqqətlə bərpa etməkdir.
Maqnus Ros əlavə edir: “Əslində, İsveçdə bu cür həcm və miqyasa malik işlərin öhdəsindən gəlməyə qadir olan daşyonan ustalar demək olar ki, qalmayıb”.
İş prosesi çətin şəraitdə aparılır: bərpaçılar kral protokoluna, o cümlədən fəxri qarovulun dəyişdirilməsinə və dövlət səfərlərinə uyğunlaşmalıdır, buna görə də layihənin reallaşdırılması tez-tez dayandırılır.
Hər mərhələ təxminən iki il çəkir. Hazırda 22 mərhələdən onunda iş gedir. Cənub tağındakı mərhələ - taxt-tac otağının və Saray kilsəsinin girişi bu yaxınlarda tamamlanıb. Təkcə 9-11-ci mərhələlər üçün 280 milyondan çox kron (təxminən 26,3 milyon dollar) ayrılıb.
Bərpaçı memar Anne Teresiyak bərpa prosesini “oyaq pasiyent” üzərində aparılan əməliyyatla müqayisə edir: saray ictimaiyyət üçün açıq qalır və bütün işlər son dərəcə həssaslıqla aparılmalıdır.


Digər xəbərlər
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
İranda raket hücumu: Əli Xameneinin kürəkəni və gəlini həlak olub
Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib
Zelenski: “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb”
İran Rusiyadan 500 Milyon Avroluq Raket Sistemi Alır – Gizli Müqavilə
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Xəbər lenti
Ən çox oxunan
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub