TDT-nin Baş katibi: Vaşinqtonda atılan tarixi addım bölgənin rifahının mühüm mərhələsidir

Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri, habelə şahid qismində Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni alqışlayıram.
AZƏRTAC xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyevin açıqlamasında qeyd olunub.
Baş katib Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında anlaşmanın razılaşdırılmış mətninin paraflanmasını, həmçinin hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvi ilə bağlı ATƏT-ə ünvanlanan birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəklədiyini vurğulayıb.
Qeyd edilib ki, bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülhün, sabitliyin və rifahın bərqərar olunması yolunda mühüm bir mərhələni əhatə edir.



Digər xəbərlər

Son dəqiqə: Ankarada ZƏLZƏLƏ OLDU

Azərbaycanda qanunsuz reklamlar üzrə baxılan müraciətlərin sayı artıb (FOTO)

AYNA: "Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir

Onlar Azərbaycanın ən yaraşıqlı və gözəl məşhurlarıdır - SİYAHI

Aparıcı Aytən Səfərovaya cinayət işi AÇILIB

Prezident İlham Əliyev mühüm Fərman imzalayıb
Xəbər lenti
Ən çox oxunan
