Tramp xüsusi elçisini Tehrana GÖNDƏRİR
jpg-1744265022.jpg)
ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff dəvət alacağı təqdirdə İran tərəfi ilə görüşmək üçün Tehrana gedə bilər.
Bu barədə "The Washington Post" (WP) qəzeti Tramp administrasiyasının məmurlarına istinadən məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Uitkoff İranı birbaşa danışıqlara çağıran mesajlar göndərib.
Məmurun sözlərinə görə, əgər Omanada planlaşdırılan məsləhətləşmələr birbaşa olmayacaqsa, ABŞ prezidentinin xüsusi nümayəndəsi orada iştirak etməyə bilər.
O qeyd edib ki, hər iki tərəf arasında yaranmış dərin etimadsızlığı aşmaq üçün “tam müzakirə” və “fikirlər mübadiləsi” lazımdır. Eyni zamanda, iki Amerika rəsmisi Uitkoffun dəvət olunarsa, Tehrana gedəcəyini deyir.
Martın 7-də Tramp İranın ali lideri Əli Xameneiyə nüvə proqramı ilə bağlı məktub göndərdiyini açıqlayıb. Martın sonunda İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Trampın məktubuna cavab göndərmək üçün Omanın vasitəçilik xidmətlərindən istifadə edib.
Daha əvvəl məlum olub ki, tərəflər aprel ayının 12-də Omanada ilk məsləhətləşməni keçirməyi razılaşıblar. Əsas danışıqlarçılar olaraq Əraqçi və Uitkoff çıxış edəcəklər.



Digər xəbərlər

Paşinyan: 2026-cı il seçkilərində Ermənistan vətəndaşları sülhün olub-olmaması arasında seçim edəcəklər

Prezident İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq

İlham Əliyev: Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik

Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib

Zelenski: "Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib"
