“TRT TÜRKÜ” radiosunda Bakının işğaldan azad edilməsinə həsr olunan veriliş yayımlanıb

“TRT TÜRKÜ” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının buhəftəki buraxılışı Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 107-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, proqramda şəhidlərin xatirəsi ehtiramla yad olunub və tarixi hadisələr dinləyicilərə ətraflı şəkildə çatdırılıb.
Verilişdə Bakının tarixi keçmişinə toxunularaq, şəhərin bugünkü memarlıq üslubu və gözoxşayan simasından bəhs edilib. Bundan əlavə, proqramda Azərbaycan ədəbiyyatından seçilmiş şeirlər və məşhur sənətçilərimizin ifasında müxtəlif musiqilər dinləyicilərə təqdim olunub.
Qeyd edək ki, 2024-cü ildən yayımlanan verilişdə Azərbaycan mədəniyyəti və ölkəmizin görkəmli şəxsləri geniş şəkildə tanıdılır.
“Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı İstanbul Universitetinin doktorantı, həmvətənimiz Səidə Ömərdir.



Digər xəbərlər

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Gününün tarixi və strateji əhəmiyyəti

Sahibə Qafarova: Uğur əldə etmək üçün qadın və kişilərin bərabər hüquqlara malik olması ideyası cəmiyyətin əsas dəyərinə çevrilməlidir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasının ilk iclası keçirilib
jpg-1758124286.jpg)
Ərdoğan: Türkiyə diplomatiyasının prioriteti sabitliyə, sülhə və qardaşlıq bağlarının möhkəmləndirilməsinə töhfə verməkdir

Prezident İlham Əliyev "Qarabağ"ı təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Xəbər lenti
Ən çox oxunan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
