Ukraynanı dəstəkləməklə onlar qətlləri dəstəkləyirlər

14:00 / 11.09.2025 Oxunub: 854

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev amerikalı konservativ fəal Çarli Kirkin qətli ilə bağlı sərt açıqlama verib.

Medvedev bildirib ki, ABŞ hakimiyyəti Ukraynanı dəstəkləməklə əslində siyasi cinayətləri və qətlləri dəstəkləmiş olur: “Son vaxtlar siyasi qətllər sol-liberal tullantılar tərəfindən törədilir. Onlar banderçi Kiyevi dəstəkləyirlər”. 

O, Slovakiyanın baş naziri Robert Ficoya qarşı sui-qəsdi və Kirkin öldürülməsini misal gətirərək əlavə edib: “Fico, Kirk... Növbəti kim olacaq? Ola bilsin, MAGA komandasının artıq dərk etməsinin vaxtıdır ki, Ukraynanı dəstəkləməklə onlar qatiləri dəstəkləyirlər”. 



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə