Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı vergi güzəştləri tətbiq olunacaq

müddətinə) tətbiq olunacaq.

14:23 / 23.02.2026 Oxunub: 647

Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Kanal 20 xəbər verir ki, dəyişikliklər forumun yüksək səviyyədə təşkili məqsədilə tədbirə cəlb olunan qeyri-rezident fiziki və hüquqi şəxslər üçün bir sıra vergi güzəştlərini nəzərdə tutur.

Yeni qaydalara əsasən:

WUF13 çərçivəsində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsində iştirak edən qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət üzrə əldə etdikləri gəlirlər gəlir vergisindən azad olunacaq;

Qeyri-maddi aktivlərə dair müəllif hüquqlarından istifadəyə və ya istifadə hüququnun verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxslərə ödənilən royalti gəlirləri mənfəət vergisindən azad ediləcək;

Qeyri-rezident hüquqi şəxslərin forum çərçivəsində gördükləri işlər və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər də mənfəət vergisinə cəlb olunmayacaq;

Müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən görülən işlər və göstərilən xidmətlər, həmçinin müvafiq təsdiqedici sənəd əsasında malların idxalı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Qeyd edək ki, nəzərdə tutulan bütün vergi güzəştləri yalnız təsdiqedici sənədlər əsasında tətbiq olunacaq və 2025-ci il sentyabrın 1-dən etibarən bir il müddətində qüvvədə olacaq.



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə