Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi

09:57 / 26.02.2026 Oxunub: 819

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar ölkə rəhbərliyi faciə qurbanlarının xatirəsini yad edib.

Kanal 20 TV xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, müdafiə naziri Zakir Həsənov, xarici işlər naziri Ceyhun Bayramov, eləcə də Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Anım mərasimində faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub. Rəsmilər abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarına hörmətlərini ifadə ediblər.

Qeyd edək ki, hər il fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsi ölkə üzrə silsilə tədbirlərlə anılır.



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə