44 Yaşlı kişini İLDIRIM VURDU

10:45 / 16.05.2025 Oxunub: 270

Biləsuvar sakinini ildırım vurub.

KANAL 20 TV  Qafqazinfo-ya istinadən bildirir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Bəşirov Ramin Habil oğlu həmkəndlisi ilə tarlada çalışarkən onları yağış tutub və yağışdan qorunmaq üçün ağac altına sığınıblar. Bu zaman R.Bəşirovu ildırım vurub.

Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ