Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı, vəziyyəti AĞIRDIR
jpg-1747376903.jpg)
19:15 / 15.05.2025
Oxunub: 37
Şamaxı rayonunda bədbəxt hadisə qeydə alınıb.
Mayın 15-i saat 18 radələrində Şamaxı şəhər sakini 1993-cü il təvəllüdlü Günel Yəhyayeva “Megacity” ticarət mərkəzinin 3-ü mərtəbəsinin pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.
Bildirilib ki, G.Yəhyayeva ticarət mərkəzində xadimə kimi çalışır. Hadisə də təmizlik işləri görərkən baş verib.
Faktla bağlı araşdırmalar aparılır.


