“Qutu” filmi yaxın zamanda tamaşaçılara təqdim olunacaq

14:52 / 15.02.2026 Oxunub: 1066

Kanal 20 TV xəbər verir ki, Azərbaycan kinosunda sosial-psixoloji mövzulara toxunan yeni film layihəsi – “Qutu” yaxın günlərdə tamaşaçılarla görüşməyə hazırlaşır. Film Ocaq Production tərəfindən istehsal olunub.

Layihənin rejissoru və baş rol ifaçısı Kənan Tağızadə, baş prodüseri Taleh Xanlar, quruluşçu operatoru isə Aydın Quliyevdir.

Tənhalığın səssiz dramı

“Qutu” filmi özünə qapanıq bir gəncin həyatla apardığı ağır və səssiz mübarizədən bəhs edir. Ekran əsərində qəhrəmanın uşaqlıq illərindən etibarən cəmiyyət tərəfindən kənara itələnməsi, dost çevrəsindən uzaqlaşması və sosial təcridə məruz qalması realist və emosional şəkildə təqdim olunur.

Film insan psixologiyasına təsir edən tənhalıq, anlaşılmamaq və qəbul edilməmək kimi problemləri ön plana çıxarır.

Gənclərin daxili dünyasına güzgü

Minimalist yanaşma, qaranlıq vizual üslub və güclü dramatik atmosferlə seçilən “Qutu”, xüsusilə gənclərin daxili dünyasına güzgü tutmağı hədəfləyir. Layihə cəmiyyətin görməzlikdən gəldiyi səssiz hekayələrə diqqət çəkməklə sosial mesaj verməyi qarşısına məqsəd qoyur.

“Qutu” filminin yaxın zamanda ekranlara çıxacağı və müasir Azərbaycan kinosunda psixoloji dram janrında özünəməxsus yer tutacağı gözlənilir.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə