ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
ATƏT Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 33-cü illik sessiyası işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq hüququn aliliyi, sülh və əməkdaşlıq ilə bağlı məsələlərin müzakirə olunduğu sessiyada Milli Məclisinin nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov çıxış edib.
O, çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması sahəsində vəziyyətin qeyri-qənaətbəxş olmasının əsas səbəbləri sırasında ikili standartları və selektiv yanaşmanı vurğulayıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri dövlətlərin suverenliyi və suveren bərabərliyi prinsiplərinin ali dəyərlər kimi daim qorunmalı və onlara hörmət edilməli olduğunu diqqətə çatdırıb.
Q. Məmmədov informasiya texnologiyalarından istifadənin genişləndiyi, o cümlədən süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq hüququn rəqəmsal məkanda tətbiqinin və bu müstəvidə dövlətlərin rəqəmsal suverenliyinin qorunmasının zəruriliyini bildirib. Nümayəndə heyətinin rəhbəri ölkəmizdə yeni texnologiyalardan istifadə sahəsində təhlükəsizlik, inkişaf və insan hüquqları arasında optimal nisbəti qoruyan mütərəqqi siyasət və fəaliyyətlərdən bəhs edib.
O, ATƏT məkanında qabaqcıl təcrübə kimi Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə rəqəmsal sahədə müfəssəl konsepsiyanı və qurumlararası yanaşmanı özündə ehtiva edən Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti haqqında məlumat verib, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.


Digər xəbərlər
Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır
ABŞ NATO sammitində Hörmüz boğazında təhlükəsizlik məsələsinin müzakirəsini gözləyir
Fransada meşə yanğını: 2 nəfər xəsarət alıb, minlərlə insan təxliyə edilib
Serbiya Rusiyaya sanksiyalar tətbiq etməyəcəyini bir daha bəyan edib
Ankara NATO-nun 36-cı sammitinə hazırdır
Çin Sakit okeanda strateji raketin sınaq buraxılışını həyata keçirib
Xəbər lenti
Ən çox oxunan
Rütte: Avropa özünün və Ukraynanın təhlükəsizliyinə daha çox məsuliyyət daşıyacaq