Serbiya Rusiyaya sanksiyalar tətbiq etməyəcəyini bir daha bəyan edib
11:10 / 06.07.2026
Oxunub: 402
Serbiya Rusiyaya qarşı heç vaxt sanksiyalar tətbiq etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya hökumətinin naziri Nenad Popoviç 16-cı Beynəlxalq Sənaye Sərgisi “İnnoprom”da çıxışı zamanı bildirib. Nenad Popoviç Serbiyanın böyük təzyiqlərə baxmayaraq, Rusiyaya sanksiyalar tətbiq etmədiyini və gələcəkdə də belə bir addım atmayacağını vurğulayıb.
“Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməmişik və heç vaxt da etməyəcəyik. Biz böyük təzyiqlərə, hətta real və siyasi təhdidlərə tab gətiririk”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Serbiya dostlarını tanıyır və bu mövqeyini qoruyub saxlayacaq.


Digər xəbərlər
Hərbi sualtı gəmilərə tələbat rekord həddə çatıb
ÜST xəbərdarlıq edir: 2050-ci ilədək onkoloji xəstəliklər ikiqat arta bilər
Körfəzdə sabitliyin yenidən pozulması neft və qazın qiymətlərinə təsirsiz ötüşmür
İran Səhiyyə Nazirliyi: ABŞ-nin hücumları nəticəsində 14 nəfər ölüb
Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Xəbər lenti
10 Iyul 2026
09 Iyul 2026
Ən çox oxunan
12:50
27 Iyun 2026
1909