Fransada meşə yanğını: 2 nəfər xəsarət alıb, minlərlə insan təxliyə edilib
 

11:13 / 06.07.2026 Oxunub: 129

 

Fransanın Şərqi Pireney departamentində davam edən meşə yanğını təxminən 4600 hektar ərazini əhatə edib. Səlahiyyətli orqanlardan bildirildiyinə görə, alov hələ də tam nəzarət altına alınmayıb.

AZƏRTAC-ın məlumatına görə, departamentin prefekti Pyer Renyo dö la Mot bildirib ki, gecə saatlarında küləyin zəifləməsi və havanın temperaturunun aşağı düşməsi yanğının genişlənməsini xeyli ləngidib, son saatlarda alovun yayılması ciddi şəkildə artmayıb.

Təhlükəsizlik məqsədilə Perpinyanın qərbində yerləşən Aspes dağlıq massivi və qonşu İl-sur-Tet şəhəri daxil olmaqla, təxminən 10 min nəfər ərazidən təxliyə edilib.

Yanğının söndürülməsinə 700 yanğınsöndürən, 200 xüsusi texnika və 9 hava vasitəsi cəlb olunub.

Qeyd edək ki, alov Treviyak kommunasında başlayıb, güclü külək və yüksək temperatur səbəbindən sürətlə yayılıb.

Hadisə nəticəsində 1 yanğınsöndürən və 1 yerli sakin xəsarət alıb.

Qar departamentində bazar günü başlayan meşə yanğını isə 540 hektardan çox ərazini məhv etdikdən sonra nəzarət altına alınıb. Bunun nəticəsində A9 avtomagistralının bir hissəsi yenidən nəqliyyatın hərəkəti üçün açılıb, həmçinin Kabriyer və Sen-Jervazi yaşayış məntəqələrinin sakinləri üçün tətbiq olunan evdə qalmaq tövsiyəsi ləğv edilib.



Digər xəbərlər

Xəbər lenti

06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ