Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda iyulun 6-na gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24°, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.


Digər xəbərlər
“Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində Lənkəranda maarifləndirici tədbir keçirilib
AZAL: Bakı-Naxçıvan marşrutu üzrə bəzi reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb
Agentlik sədri: Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 17,9 faiz qənaət təmin olunub
Qarpızın və yemişin istehlakı zamanı nələrə diqqət etməliyik?
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür
Sabah Azərbaycanın rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Xəbər lenti
Ən çox oxunan
Rütte: Avropa özünün və Ukraynanın təhlükəsizliyinə daha çox məsuliyyət daşıyacaq