Neymar Braziliya millisini bombardir kimi tərk edib
11:05 / 06.07.2026
Oxunub: 447
Braziliya millisinin futbolçusu Neymar ölkəsinin futbol tarixində yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, təcrübəli forvard dünya çempionatının 1/8 final mərhələsində Norveç yığmasına qarşı keçirilən və komandasının 1:2 hesabı ilə məğlub olduğu görüşdə fərqlənərək “sambaçılar”ın heyətində 80-ci qolunu vurub.
Bununla da 34 yaşlı hücumçu yığma tarixində 80 qola çatan ilk futbolçu olub.
Bu göstəricidə ikinci pillədə 77 qolla Pele qərarlaşıb. İlk “beşlik”də, həmçinin 62 qolla Ronaldo, 55 qolla Romario və 48 qolla Ziko yer alıblar.
Qeyd edək ki, Neymar Norveçə məğlubiyyətdən sonra Braziliya millisindəki karyerasını bitirdiyini açıqlayıb.


Digər xəbərlər
UEFA reytinqi: Azərbaycan və Gürcüstan həftənin ən çox əmsal qazanan ölkələri olub
Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında 10 idmançı təmsil edəcək
Dünya çempionatında 1/4 final mərhələsinə start verilir
DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub
DÇ-2026: Xorvatiya millisi Qananı məğlub edib
Xəbər lenti
10 Iyul 2026
09 Iyul 2026
Ən çox oxunan
12:50
27 Iyun 2026
1909