Fərid Qayıbov Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Azərbaycan və Türkiyə Gənclər və İdman nazirlikləri arasında mütəxəssis mübadiləsi çərçivəsində qardaş ölkənin nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə nümayəndə heyətinin üzvləri səfərin ilk günləri ilə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, qonaqlar Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Azərbaycan Gimnastika Federasiyası, Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Bakı Atletika Mərkəzi və Azərbaycan İdman Akademiyası ilə tanış olublar. Səfərin növbəti günlərində isə digər idman obyektləri və qurumlarla tanışlıqlarının davam etdirilməsi nəzərdə tutulur.


Digər xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
Enerji şirkətləri Hörmüz boğazının bağlı qalmasının tənəzzül riskini artırdığı barədə xəbərdarlıq edirlər
“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib
Nəcibə Nəsibovanı o əvəz edəcək – Qərar yaxın günlərdə açıqlanacaq
TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi
Əhməd Cavad İnstitutunun rəhbəri: Ankarada repressiya qurbanlarının xatirəsinə sərgi açılacaq
Xəbər lenti
Ən çox oxunan
“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib