Məktəbdə növbəti BİABIRÇILIQ: Valideyn müəllimi döydü

17:30 / 24.04.2025
Oxunub: 126
Türkiyənin Trabzon şəhərində müəllimlə şagirdinin atası arasında yaranan mübahisədən sonra valideyn müəllimi döyüb.
Müəllim 7-ci sinif şagirdindən tənəffüsün sonunda sinif otağına daxil olmasını istəyib.
Şagirdin bu xəbərdarlığa cavab verməməsi onunla müəllim arasında mübahisəyə səbəb olub. Şagirdin müəllimə hörmətsizlik etdiyi və müəllimin tələbəni itələyərək reaksiya verdiyi iddia edilib. Mübahisəni ailəsinə danışan şagirdin atası müəllimi yumruqla vuraraq yerə yıxıb. Müəllimin eynəyi sınıb, üzü şüşə qırıqlarından yaralanıb.
Hadisədən sonra valideyn polis tərəfindən saxlanılıb. Manset.az



Digər xəbərlər
Xəbər lenti
25 Aprel 2025