Ceyhun Bayramov: Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub

Somali Ermənistanın Azərbaycan ərazilərini işğalı ilə bağlı İƏT çərçivəsində yaradılmış təmas qrupunun üzvü olub və bu məsələdə həmişə mövqe ortaya qoyub.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.
“Dost Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən çox məmnunuq. Ötən il həmkarımın sələfinin Azərbaycana səfəri, 2025-ci ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin Somaliyə səfəri, Somali Prezidentinin Azərbaycana səfəri və bu səfərlər çərçivəsində bir sıra sahələri əhatə edən sazişlərin imzalanması, onların icrasına başlanması əlaqələrin inkişafına böyük töhfə verib.
İki ölkə arasında münasibət qarşılıqlı maraqlar əsasında inkişaf edir. Biz bir sıra beynəlxalq təşkilatlar - BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində müsbət əməkdaşlıq əlaqələri qurmuşuq”, - o əlavə edib.



Digər xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycandan I yarımildə Qazaxıstana 49 min ölkə vətəndaşı səfər edib

Birol Akgün: Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyır

Şəmkirdə yol tikintisinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM

Peskov: İstanbulda memorandum layihələri və mübadilə prosesi müzakirə olunacaq - YENİLƏNİB

Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul edib
Xəbər lenti
Ən çox oxunan
