Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub

12:55 / 26.02.2026 Oxunub: 744

Azərbaycan və Gürcüstan hökumətləri arasında ticarət, enerji, nəqliyyat, tranzit və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub.

Kanal 20 TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazir bildirib ki, Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüş keçirilib. Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının şaxələndiyi və regional layihələrdə uğurlu əməkdaşlığın davam etdiyi vurğulanıb.

Müzakirələr zamanı işgüzar əlaqələrin gücləndirilməsi, həmçinin ticarət, enerji, nəqliyyat, tranzit və digər sahələrdə birgə fəaliyyətin prioritet istiqamətləri diqqətə çatdırılıb.



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə