Rəqəmsal Platformalarda Vergitutma Məsələləri Müzakirə Olunub

11:18 / 26.02.2026 Oxunub: 1375

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal platformalarda fəaliyyət göstərən şəxslərin vergitutma mexanizmlərini müzakirə etmək məqsədilə reklam və marketinq agentlikləri ilə görüş keçirib.

Qurumdan verilən məlumata görə, görüş zamanı xüsusilə influenserlər və digər rəqəmsal platforma istifadəçilərinin qarşılaşdığı praktiki çətinliklər, gəlirlərin uçotu və bəyan edilməsi, müqavilələrin rəsmiləşdirilməsi, hesabatlılıq və şəffaflıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dövlət Vergi Xidməti bildirib ki, biznes subyektləri ilə açıq dialoq davam etdiriləcək və məqsəd yalnız vergi intizamını gücləndirmək deyil, eyni zamanda sahibkarlıq mühitini dəstəkləmək və praktiki həll yolları formalaşdırmaqdır.



Digər xəbərlər

Xəbər lenti

14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə