Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb
Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalanıb.
"Report" xəbər verir ki, mərasim Azərbaycan Prezidenti İlham Əliyevin mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbulundan sonra baş tutub.
Sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax imzalayıblar.
Bildirilib ki, gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.


Digər xəbərlər
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb
Zarina Mirabdullayeva: Könüllülük cəmiyyətlərin həmrəyliyini gücləndirir
Rizvan Nəbiyev: Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq mövqelərini gücləndirir
“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib
Xəbər lenti
Ən çox oxunan
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi - FOTO