Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də Qazaxıstanın Baş nazirinin müavini – Hökumət Aparatının rəhbəri Qalımjan Qoyşıbayev, Astana şəhərinin akimi Jenis Kasımbek, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel “Urban Expo” sərgisinin pavilyonları ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, pavilyonda qonaqlara sərgi barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi hökumətlər, vətəndaş cəmiyyəti institutları, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma rolunu oynayır.
Eyni zamanda, yeni yaradılmış “Biznes və innovasiyalar mərkəzi” platformasında təmsil olunan 45 şirkət və 14 startap layihəsi də sərgidə iştirak edir.


Digər xəbərlər
Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək
Şuşada 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur
Dünya Bankı TC-GATE layihəsi üçün 372 milyon dollar ayırıb
Bu il “Azərtütün” tərəfindən şimal-qərb rayonlarında 813 hektar sahədə tütün əkilib
Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Xəbər lenti
Ən çox oxunan
Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib