“Lady Bug Stars” baxçasının möhtəşəm açılışı keçirildi
Kanal 20 TV xəbər verir ki, Nəsimi rayonunda fəaliyyətə başlayan “Lady Bug Stars” məktəbəqədər təhsil müəssisəsinin açılış mərasimi yüksək əhval-ruhiyyə və maraqlı anlarla yadda qaldı.
Tədbirdə ictimaiyyət nümayəndələri, valideynlər, təhsil sahəsinin təmsilçiləri və qonaqlar iştirak etdilər.
Açılış mərasimində çıxış edən Əməkdar jurnalist, Nurlu Sabah Gənclərə Qayğı İctimai Birliyinin həmtəsisçisi Elnarə Dərziyeva bildirib ki, uşaqların sağlam, yaradıcı və sevgi dolu mühitdə böyüməsi cəmiyyətin gələcəyi üçün ən vacib məsələlərdən biridir.
O həmçinin qeyd edib ki, belə təhsil ocaqlarının yaradılması uşaqların həm bilik, həm də mənəvi inkişafına böyük töhfə verir:
“Uşaqlar bizim gələcəyimizdir. Onların sevgi, qayğı və keyfiyyətli təhsil mühitində böyüməsi gələcək cəmiyyətimizin formalaşması deməkdir.
“Lady Bug Stars” kimi müasir və isti mühitə sahib baxçaların açılması sevindirici haldır”.
Tədbirdə çıxış edən baxçanın direktoru Xatirə Əsgərova isə bildirib ki, müəssisənin əsas məqsədi uşaqların təhlükəsiz, rahat və inkişafyönümlü mühitdə təhsil almalarını təmin etməkdir. Onun sözlərinə görə, burada uşaqların yaradıcılıq qabiliyyətinin inkişafı, xarici dil bacarıqları və sosial aktivliyi xüsusi diqqət mərkəzində olacaq.
Açılış mərasimində uşaqların iştirakı ilə maraqlı musiqili proqram nümayiş olunub, rəngarəng dekorasiyalar və əyləncəli çıxışlar qonaqlarda xoş təəssürat yaradıb. Valideynlər yeni fəaliyyətə başlayan baxçada yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.
Müasir tədris avadanlıqları, təhlükəsizlik sistemi və uşaqların rahatlığı üçün qurulan xüsusi otaqları ilə seçilən “Lady Bug Stars” baxçasının Nəsimi rayonunda məktəbəqədər təhsil sahəsinə yeni nəfəs gətirəcəyi bildirilir.


Digər xəbərlər
Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı
Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib
Bakıda sutka ərazində düşən yağıntının miqdarı aylıq normanın 589 faizini təşkil edib
Şahdağa qar yağır, Qəbələ, İsmayıllı, Xocalı və Naxçıvana dolu düşüb - FAKTİKİ HAVA
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək
“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi - FOTO
Xəbər lenti
Ən çox oxunan
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi - FOTO
