WUF13-ün ikinci günü – FOTOLAR
 

12:06 / 18.05.2026 Oxunub: 88

 

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci günü müxtəlif tədbirlərlə davam edir. Sessiyanın ilk günü nazirlər görüşü, bayraqların qaldırılması mərasimi və Assambleya sessiyaları ilə yadda qalmışdısa, bu gün “Urban Expo” sərgisinin açılışı olub, assambleyaların birgə bağlanış sessiyası keçirilib, məşhur türkiyəli müğənni Haluk Levent konsert proqramı ilə çıxış edib. Həmçinin hazırda müxtəlif tədbirlər keçirilir.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu adı altında keçirilən WUF13 minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.

AZƏRTAC-ın fotoqraflarının WUF13-ün ikinci günündən lentə aldığı fotoları təqdim edirik.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ