BEA-nın rəhbəri: Kommersiya neft ehtiyatları sürətlə azalır
Kommersiya neft ehtiyatları sürətlə azalır və bir neçə həftəlik ehtiyat qalıb. Bu, İranla müharibə və Hörmüz boğazının gəmiçilik üçün bağlanması ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən G7 maliyyə bazarı liderlərinin görüşündə iştirak edən Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol jurnalistlərə bildirib.
O, həmçinin deyib ki, Şimal yarımkürəsində əkin mövsümünün başlanması ilə əlaqədar dizelə, aviasiya yanacağına və benzinə tələbatın artması ehtiyatların daha sürətli azalmasına səbəb olacaq.
Birol bildirib ki, Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücumlarından əvvəl neft bazarlarında əhəmiyyətli miqdarda xam neft artığı müşahidə olunurdu, kommersiya ehtiyatları çox yüksək idi. Lakin müharibə vəziyyəti tez bir zamanda dəyişib.


Digər xəbərlər
Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək
Şuşada 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur
Dünya Bankı TC-GATE layihəsi üçün 372 milyon dollar ayırıb
Bu il “Azərtütün” tərəfindən şimal-qərb rayonlarında 813 hektar sahədə tütün əkilib
Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Xəbər lenti
Ən çox oxunan
Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib