Azərbaycandan Ukraynaya enerji avadanlıqları göndərildi – humanitar yardım İrpin şəhərinə təhvil verildi

09:09 / 13.02.2026 Oxunub: 1022

Azərbaycandan Ukraynaya göndərilən enerji avadanlıqlarından ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Kanal 20 TV xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

Səfirin sözlərinə görə, yardımın təhvil verilməsi mərasimi Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnikin iştirakı ilə İrpin şəhərində baş tutub.

Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnik də sosial media hesabında paylaşım edərək Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib. O bildirib ki, bu yardım iki xalq arasında real həmrəyliyin göstəricisidir.

Kalaşnik Azərbaycanın regionun bərpasında etibarlı və uzunmüddətli tərəfdaş olduğunu vurğulayıb. Onun sözlərinə görə, İrpin şəhərində Azərbaycanın dəstəyi ilə bir sıra mühüm layihələr artıq həyata keçirilib. Bunlar arasında Zərifə Əliyeva adına 12 nömrəli məktəbin bərpası, şəhər xəstəxanasının yenilənməsi və ictimai məkanlarda infrastruktur təşəbbüsləri yer alır.

Qeyd edək ki, daha əvvəl səfir Yuri Qusev Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Ukrayna üçün istilik” təşəbbüsü çərçivəsində Azərbaycan vətəndaşlarının enerji avadanlıqları ilə humanitar yardım göndərdiyini açıqlamışdı.



Digər xəbərlər

Xəbər lenti

15 Mart 2026
14 Mart 2026

Ən çox oxunan

Hadisə

Müsahibə