Qazaxıstan XİN: Xaricdə referendumda 9050 vətəndaş səs verib
 

22:41 / 15.03.2026 Oxunub: 1033


Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə keçirilən ümumxalq referendumunda xaricdə yaşayan və ya səfərdə olan vətəndaşların səsverməsi davam edir.

APA-nın Astanaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Arman İsetov məlumat verib.

Onun sözlərinə görə, referendum çərçivəsində Qazaxıstanın xaricdəki diplomatik nümayəndəlikləri nəzdində 54 ölkədə 71 səsvermə məntəqəsi fəaliyyət göstərir.

Nazir müavini bildirib ki, xaricdə səsvermə prosesi Astana vaxtı ilə saat 03:00-dan başlayıb. Saat qurşaqları arasındakı fərq nəzərə alınmaqla, saat 19:00-a qədər bütün məntəqələr açılıb, onlardan 14-ü artıq fəaliyyətini başa çatdırıb.

Arman İsetov qeyd edib ki, indiyədək xaricdə yerləşən referendum məntəqələrində ümumilikdə 9050 vətəndaş səs verib.

Bildirilib ki, saat 00:00-dək 64 məntəqə fəaliyyətini başa çatdıracaq. Xaricdə səsvermə prosesi isə ABŞ-ın San-Fransisko şəhərində yerləşən Qazaxıstanın Baş Konsulluğunda fəaliyyət göstərən məntəqədə Astana vaxtı ilə martın 16-sı saat 08:00-da yekunlaşacaq.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə