Bakıda küləyin maksimal sürəti saniyədə 16 metrədək güclənir - FAKTİKİ HAVA

12:27 / 09.08.2025
Oxunub: 178
Avqustun 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir saniyədə Neftçalada 20, Goranboyda 19, Naftalanda, eləcə də Bakıda və Abşeron yarımadasında 16 metrədək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 41 dərəcəyədək isti qeydə alınıb.



Digər xəbərlər

Azərbaycanda qanunsuz reklamlar üzrə baxılan müraciətlərin sayı artıb (FOTO)

AYNA: "Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir

Onlar Azərbaycanın ən yaraşıqlı və gözəl məşhurlarıdır - SİYAHI

Aparıcı Aytən Səfərovaya cinayət işi AÇILIB

Prezident İlham Əliyev mühüm Fərman imzalayıb

Türkiyədə meşə yanğınları riski olan zonalarda qatarların hərəkəti dayandırılır
Xəbər lenti
Ən çox oxunan

08:23
13 Iyul 2025
2119