Bakıda sutka ərazində düşən yağıntının miqdarı aylıq normanın 589 faizini təşkil edib
Mayın 18-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb.
Bakıda və Abşeron yarımadasında yağan yağış mayın 18-də gecə saatlarından kəsilsə də, bəzi rayonlarda yağıntılar davam edib.
Bakıda və Abşeron yarımadasında sutka ərazində düşən yağıntının miqdarı 116 millimetr qeydə alınıb ki, bu da aylıq normanın 589 faizini təşkil edib.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı Zaqatalada 38, Sarıbaşda (Qax) 36, Qəbələdə 26, Neftçalada 25, Kişçayda (Şəki) 24, Qobustanda 22, Şabran, Xızıda 15, Oğuzda 14, Xaltan, Qusarda 12, Daşkəsəndə 11, Qubada 9, Şahdağda 8, Qrız, Şamaxıda 7, Şahbuzda 5, Biləsuvar, Lerik, Xınalıq, Gədəbəydə 4, İsmayıllı, Xaçmaz, Tərtərdə 2, Naxçıvan, Şərur, Naftalan, Balakən, Beyləqan, İmişli, Sabirabad, Yardımlı, Astara, Ağdam, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrdir.


Digər xəbərlər
“Lady Bug Stars” baxçasının möhtəşəm açılışı keçirildi
Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı
Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib
Şahdağa qar yağır, Qəbələ, İsmayıllı, Xocalı və Naxçıvana dolu düşüb - FAKTİKİ HAVA
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək
“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi - FOTO
Xəbər lenti
Ən çox oxunan
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi - FOTO