Azərbaycan şahmat yığmalarının Avropa çempionatı üçün heyəti təsdiqlənib
 

13:26 / 23.07.2025 Oxunub: 139

 

Gürcüstanın Batumi şəhərində keçiriləcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti təsdiqlənib.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, kişi şahmatçılardan ibarət Azərbaycan komandasının heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli cəlb edilib. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasına Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq, Nicat Abasov isə məşqçi kimi təsdiqlənib.

Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq. Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.



Digər xəbərlər

Xəbər lenti

24 Iyul 2025
23 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ