Azərbaycan və Türkiyə arasında hərbi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində qardaş ölkənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüş keçirilib.
“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.
Görüş zamanı, həmçinin ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə edilib.



Digər xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Birol Akgün: Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyır

Şəmkirdə yol tikintisinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM

Peskov: İstanbulda memorandum layihələri və mübadilə prosesi müzakirə olunacaq - YENİLƏNİB

Suriya rəsmən Türkiyədən hərbi dəstək istəyib

Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir
Xəbər lenti
Ən çox oxunan
