Dəniz piyadalarının döyüş atışlı taktiki təlimi keçirilib

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin ssenarisinə uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.
Təlimin növbəti mərhələsində dəniz piyadaları hərəkət planına uyğun gizli, sürətli və maskalanaraq hücum xəttinə irəliləmə, şərti düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsi, eləcə də düşmən mövqelərinin tutulması və təminat yollarının nəzarət altına alınması üzrə tapşırıqları icra ediblər.
Təlim zamanı, həmçinin bölmənin yerləşdiyi ərazidə komendant xidmətinin və hərəkətli patrul sisteminin təşkili, gecə məşğələlərinin keçirilməsi üzrə fəaliyyətlər də yerinə yetirilib.
Dəniz piyadalarının döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.



Digər xəbərlər

Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri görüləcək - SƏRƏNCAM

"Bakı Marafonu 2025" - Maraqlı anların FOTOLARI

Rəsmi Bakı deputat Azər Badamovun Rusiyada saxlanılmasına HİDDƏTLƏNDİ

DİM rezidenturaya qəbul imtahanı keçirib

Yağış yağacaq, şimşək çaxacaq - Sabahın HAVASI
