Ərdoğan: Kipr problemi həll olunacaq

Bölünmüş Kipr problemi son nəticədə adada iki suveren dövlətin yaradılması əsasında həll olunacaq.
“Report”un “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll baxışını tam dəstəkləyirik. Biz töhfə verməyə və konstruktiv yanaşmaya davam edəcəyik. Martın 17-18-də Cenevrədə BMT-nin himayəsi ilə geniş tərkibdə keçirilən qeyri-rəsmi toplantıda razılaşdırıldığı kimi, Kipr türk xalqı gec-tez adada öz suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınmasını təmin edəcək”, - deyə o əlavə edib.
Ərdoğan bildirib ki, Türkiyə bu yolda həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olacaq:
“Biz səmimiyyətlə ədalətli, daimi, davamlı və reallığa əsaslanan bir həll istəyirik. Regionumuzda baş verən hadisələr də onu göstərir ki, bu reallıq indi qəbul edilməlidir. Bu adada iki xalqın, iki dövlətin olduğunu hər kəsin dərk etmə vaxtıdır. Ankaranın Kipr türklərinə və onların müstəqil dövlətinə dəstəyi dəyişməz olaraq qalır və Türkiyə Şimali Kiprin təhlükəsizliyinin qarantı olacaq”.



Digər xəbərlər

Donald Tramp may ayında Vladimir Putinlə görüşəcəyini istisna etməyib

Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri görüləcək - SƏRƏNCAM

Zelenski bu ölkələrə qarşı sanksiyalar hazırlayır

Azərbaycan Baş nazirinin müavini Samir Şərifov Suriyanın keçid dövrü Prezidenti ilə görüşüb

İlham Əliyev: Azərbaycanda millətlərarası sülh və qarşılıqlı dəstək hökm sürür
