Qubada Avropa Kuboku başa çatıb, Azərbaycan cüdoçuları 18 medal qazanıblar

Qubada təşkil olunan yeniyetmə cüdoçular arasında Avropa Kuboku başa çatıb.
Yarışın ikinci - sonuncu günündə daha 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Azərbaycan cüdoçuları sonuncu günü 6 medalla (3 gümüş, 3 bürünc) başa vurublar.
Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Səid Hüseynov (90 kq) gümüş medalla kifayətləniblər.
Məhəmməd Ağakişiyev (73 kq), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, ötən gün Azərbaycan yığması 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) qazanıb. Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala yiyələniblər.
Yekunda 3 qızıl, 6 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan Azərbaycan yığması Avropa Kubokunda komanda hesabında ikinci yeri tutub.



Digər xəbərlər
jpg-1746351511.jpg)
Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a, "Neftçi" "Kəpəz"ə QARŞI

Millimiz finalda UDUZDU

UEFA Çempionlar Liqası: “İnter” - “Barselona” oyunu

Malayziya Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edəcək

Superliqa: “Fənərbağça”dan möhtəşəm geridönüş
