Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
jpeg-1748443264.jpeg)
Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır.
“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şəriflə Zirvə görüşündə deyib.
Türkiyə Prezidenti vurğulayıb ki, lazım gəlsə, Pakistan və Hindistan münasibətlərinin normallaşmasına vasitəçilik edə bilərlər.
Daha sonra üçtərəfli (Azərbaycan, Türkiyə, Pakistan-red.) əməkdaşlıqdan söz açan R.T.Ərdoğan bu əlaqələri inkişaf etdirmək üçün xarici işlər nazirləri arasında da görüşləri sıxlaşdıracaqlarını bəyan edib.
“Türkiyə, Azərbaycan və Pakistan olaraq mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər toplantısı keçirərək münasibətləri daha da möhkəmləndirəcəyik. Müdafiə və nəqliyyat sahəsində əməkdaşlığa da birlikdə töhfə verəcəyik”, - o qeyd edib.



Digər xəbərlər
jpg-1748443194.jpg)
Hakan Fidanın növbəti səfəri MARAQ YARATDI

Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə HANSI sözləri söylədi

Hakan Fidandan ÇILĞIN ÇIXIŞ

Prezidentlərin SEYRƏNGAH SƏFASI
jpg-1748442648.jpg)
Ərdoğan və İlham Əliyev bir daha səhnədə: “Bir millət, iki dövlət” deyib dünyaya mesaj verdilər!
